Şriftin ölçüsü :

Saytın rəngi :

“Təhsil ağılın simasıdır” mövzusunda Riyaziyyat fənni üzrə olimpiadanın qalibləri mükafatlandırıldı

07 mart 2016 | 11:00

7 mart tarixində Xəzər Universitetinin Dünya məktəbində “Təhsil ağılın simasıdır” mövzusunda Riyaziyyat fənni üzrə olimpiadanın qalibləri hədiyyə və sertifikatla təltif olundular.
Tədbirdə Millət vəkilləri Azay Quliyev və Elman Nəsirov, kimya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, AMEA-nın akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru Vaqif Abbasov, Dünya məktəbinin təsisçisi Hamlet İsaxanlı, Binəqədi Rayon İcra Hakimiyyətinin məsul işçisi Elnur Məmmədov və digər qonaqlar iştirak etdilər.
Olimpiadada paytaxt məktəblərinin 6-7-ci sinif şagirdləri iştirak edirdi.
Tədbirin  əsas məqsədi riyazi məntiqi güclü olan şagirdlərin müəyyən və cəlb edilməsi, onların fənn olimpiadalarına psixoloji cəhətdən hazırlığı, öz bilik və bacarıqlarına inam hissini gücləndirmək idi.

Keçidlər