Binəqədi Rayon İcra Hakimiyyətində “Açıq qapı” vətəndaş forumu keçirildi
09 mart 2016 | 11:00
9 mart 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, habelə rayon sakinləri iştirak etdilər.
Görüşdə sakinləri narahat edən problemlər dinlənildi və həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti qurumların rəhbərlərinə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerindəcə tapşırıqlar verildi, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah edildi, bir qisminin həlli isə nəzarətə götürüldü.