Şriftin ölçüsü :

Saytın rəngi :

“Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirildi

10 mart 2016 | 11:00

Martın 10-da Binəqədi rayonunda “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, Binəqədi rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri, eləcə də, rayon ərazisində fəaliyyət göstərən dini icma rəhbərləri, imam və axundlar iştirak etdilər.
Tədbiri giriş nitqi ilə açan Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov vurğuladı ki, dünyanın bir çox ölkələrində dini zəmində terror aktları baş verir, ekstremist hərəkatlar, dini konfessiyalararası qarşıdurmalar müşahidə olunur. Azərbaycanda isə multikulturalizm həyat tərzidir.
Daha sonra çıxış etmək üçün söz alan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov Azərbaycanda dini vəziyyətin sabitliyindən, Dini etiqad azadlığı baxımından Azərbaycandakı vəziyyətin region ölkələrinə nümunə olduğundan bəhs etdi.
Daha sonra söz Binəqədi Rayon İcra Hakimiyyəti başçısı yanında Dini İşlər üzrə Komissiyanın üzvləri və fəaliyyəti barədə məlumat vermək üçün Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini- dini qurumlarla işin təşkilatçısı Rauf Həsənova verildi.
Çıxışlardan sonra tədbirdə iştirak edən dini icma nümayəndələri dövlətimizin tolerantlıq və multikultural ənənələrə, eyni zamanda vicdan azadlığına böyük önəm verildiyinə görə dövlətimizin başçısına  minnətdarlıqlarını bildirdilər.
Tədbirdə xüsusi olaraq vurğulandı ki, Ümummilli lider Heydər Əliyevin siyasi iradəsi nəticəsində Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini hüquqi və siyasi müstəvidə yenidən bərpa etmişdir. Ulu öndər Azərbaycanın gələcək uğurlu inkişafı üçün dəqiq ideoloji hədəf seçmiş və müdrik siyasəti ilə əsrlər boyu formalaşan çox mədəniyyətlilik ənənəsini inkişaf etdirərək onu keyfiyyətcə yeni mərhələyə qaldırmışdır. Onun rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasi istiqamət hazırda cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Çıxışlardan sonra “Dövlət-din münasibətlərinin tənzimlənməsində dini icmaların rolu” mövzusunda müzakirələr davam etdirildi.

 

 

Keçidlər