Binəqədi rayonunda sahibkarlığın inkişaf etdirilməsi və əhalinin məşğulluğunun artırılması istiqamətində görüləcək işlərlə bağlı görüşlərin keçirilməsi davam edir
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Sahibkarların inkişaf etdirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasını təmin etmək məqsədilə Qərargahın yaradılması haqqında” 9 fevral 2016-ci il tarixli 24 saylı sərəncamı əsasında ərazilərdə nəzərdə tutulan görüşlər davam etdirilir.
Belə ki, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun və Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Yəhya Əliyevin iştirakı ilə mart ayının 1-də Binəqədi Rayon Əhalinin Sosial Müdafiə Mərkəzinin məsul əməkdaşları ilə, martın 15-də Binəqədi Rayon Binəqədi Rayon Statistika şöbəsinin əməkdaşları ilə, 11 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılovun və İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşovun iştirakı ilə 3 və 102 saylı orta məktəbin, 177, 178, 193 və 215 saylı körpələr-evi uşaq bağçalarının və 10 saylı şəhər poliknikasının nümayəndələri ilə, Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşovun iştirakı ilə 10 mart tarixində Binəqədi qəsəbə bələdiyyəsinin, 15 mart tarixində isə Xocəsən qəsəbə bələdiyyəsinin kollektivi ilə görüşləri keçirildi.
Görüşlərdə sərəncamdan irəli gələn məsələlər müzakirə edildi və müvafiq tapşırıqlar verildi.