Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon ərazisində abadlıq-quruculuq sahəsində aparılan işlər haqqında həftəlik məlumat

26 yanvar 2013 | 11:00

Həftə ərzində (21-25 yanvar) rayon ərazisində ümumilikdə 84 yerdə su axıntıları olan boruların və 4 nasosxananın təmiri aparılmış, 94 yerdə kanalizasiya şəbəkəsində axıntıların qarşısı alınmış, 33 p/m su xətti və 40 p/m kanalizasiya xətti dəyişdirilib.
7-ci mikrorayon bina 9a TM-547-dən 0,4-luq kabel xətti yeni xətlə əvəz olunub. Rəsulzadə qəsəbəsi Baksol ərazisində 400 kv gücündə 1 ədəd KTM quraşdırılıb və istismara verilib, Biləcəri qəsəbəsi A.Zeynallı küçəsi TM-14-də yenidənqurma işləri başa çatıb. Biləcəri DYP-nin yaxınlığında KTM-342-də 0,4 kv-luq şəbəkəsində yenidənquma işləri başa çatdırılıb.
Meliorasiya ərazisində 1030 p/m, Biləcəri qəsəbəsi Nehr parketin yanında 200 p/m, Meliorasiya ərazisində 150 p/m, Sulutəpə qəsəbəsi Dəyirman ərazisində 2860 p/m qaz xətti çəkilib, 226 ədəd “Smart-Kart” tipli sayğac quraşdırılıb. Rəsulzadə qəsəbəsində 690 p/m, I Mədən ərazisində 155 p/m, III Mədən ərazisində 1019 p/m, Binəqədi kənd ərazisində 260 p/m qaz xətti çəkilib, 263 ədəd “Smart-kart” tipli sayğac quraşdırılıb. Xutor ərazisində 9-cu mikrorayonda, Rəsulzadə qəsəbəsində 275 ədəd “Smart-kart” tipli sayğac quraşdırılıb.
Ümumilikdə, Binəqədi QİS ərazisində 6364 p/m qaz xətti çəkilib, 764 ədəd “Smart-Kart” tipli sayğac quaşdırıllb, işlər davam etdirilir.
6, 7 və 9-cu mikrorayonda və Biləcəri qəsəbəsində 10 yaşayış binasında zirzəmilərdə su və kanalizasiya xəttləri əsaslı təmir edilir. 42 p/m kanalizasiya xətti dəyişdirilib. 8-ci mikrorayon 19, 21, 26 saylı binaların girişlərində təmir işləri aparılıb.
6 və 7-ci mikrorayonda 5246 m2 asfalt örtüyü çəkilib. 6-cı mikrorayon Kazımovski küçəsi 16a saylı binanın girişi təmir edilib. 8-ci mikrorayon Azadlıq prospekti 5/13, 22 saylı binaların su axıdılan nov və novalçaları dəyişdirilib.
 

Keçidlər