Novruz bayramı münasibətilə Rəsulzadə qəsəbəsində xüsusi qayğıya ehtiyacı olan qəsəbə sakinləri ilə görüş keçirildi
Binəqədi Rayon İcra Hakimiyyətinin və M.Ə.Rəsulzadə Bələdiyyəsinin təşkilatçılığı ilə Novruz bayramı münasibətilə millət vəkili Kəmaləddin Qafarovun qəsəbə sakinləri ilə görüşü keçirildi.
M.Ə.Rəsulzadə bələdiyyəsində təşkil olunan görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti Ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov, M.Ə.Rəsulzadə bələdiyyəsinin sədri Hümbət Hüseynov, Qarabağ əlilləri, I qrup gözdən əlillər, müharibə veteranları, şəhid ailələri və aztəminatlı ailələr iştirak etdilər.
Millət vəkili Kəmaləddin Qafarov qəsəbə sakinlərini Novruz bayramı münasibəti ilə təbrik etdi, Novruzun Azərbaycan xalqının ən əziz bayramı olduğunu bildirdi. Millət vəkili bu günlərdə ehtiyacı olan hər bir vətəndaşa kömək göstərilməsinin əhəmiyyətini xüsusi vurğuladı.
Görüşdə Qarabağ əlilləri, I qrup gözdən əlillər, müharibə veteranları, şəhid ailələri və aztəminatlı ailələrə, ümumilikdə 120 nəfərdən çox vətəndaşa bayram sovqatı təqdim edildi, hərəkət qabiliyyətinin məhdudluğu səbəbindən tədbirlərdə iştirak edə bilməyən şəxslər isə evlərində ziyarət olundu və onlara bayram hədiyyələri verildi.