Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mixail Zabelinə təbrik məktubu

17 mart 2016 | 11:00

Hörmətli Mixail Yuriyeviç!
Azərbaycan xalqı yerləşdiyi coğrafi məkanla əlaqədar olaraq yüzilliklər boyu müxtəlif millətlərlə və müxtəlif  konfessiyaların nümayəndələri olan xalqlarla mehriban qonşuluq münasibətlərində yaşamış, multikultural dəyərləri daim uca tutmuşdur.
Xalqımızın çoxəsrlik dostu olan böyük rus xalqı ilə bizi ortaq tarix və mədəniyyət birləşdirir. Siz rus xalqının Azərbaycanda doğulub boya-başa çatmış fəal nümayəndəsi kimi bu proseslərdə daha yaxından iştirak edirsiniz və bu sarsılmaz dostluğun canlı şahidisiniz.
Sizi xalqımızın müqəddəs bayramı olan Novruz bayramı ərəfəsində “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilməyiniz və 70 illik yubileyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Binəqədi Rayon İcra Hakimiyyəti

 

Keçidlər