Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətinin Binəqədi Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyevə təbrik məktubu

18 mart 2016 | 11:00

Hörmətli Akif müəllim!
Cəmiyyətin bütün sahələrində ədalət prinsipini rəhbər tutan Ulu öndər Heydər Əliyev hüquq-mühafizə orqanlarının fəaliyyətinə xüsusi önəm vermiş, öz biliyi və təşkilatçılığı ilə seçilən kadrları daim irəli çəkmişdir. Təsadüfi deyil ki, ötən əsrin 70-80-ci illərində Ulu öndərin bilavasitə rəhbərliyi altında Respublikanın daxili işlər orqanlarında mötəbər vəzifələrdə çalışmış, ölkədə cinayətkarlıq və digər hüquqpozmalarla mübarizəyə rəhbərlik etmisiniz. Müstəqillik illərində ədliyyə orqanlarının formalaşdırılmasında yaxından iştirak etmisiniz. Bütün bunlarla yanaşı fundamental hüquqi tədqiqatlarınızı da davam etdirmiş və bu sahədəki biliklərinizi gənc nəsilə ötürürsünüz. Hüquq-mühafizə orqanlarından təqaüdə çıxdıqdan sonra da elmi-pedoqoji və ictimai fəaliyyətinizi davam etdirmiş, sözün həqiqi mənasında bir ağsaqqal kimi Binəqədi Rayon Ağsaqqallar Şurasının fəaliyyətinə rəhbərlik edirsiniz.
Sizi “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif edilməyiniz və 80 illik yubileyiniz münasibətilə təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.

Hörmətlə,
Binəqədi Rayon İcra Hakimiyyəti

 

Keçidlər