Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi Tanıyaq” ikinci tur-aksiyası çərçivəsində binəqədili məktəbliləri Naxçıvana yola salındılar

24 mart 2016 | 11:00

Martın 24-də “Ölkəmizi Tanıyaq” ikinci tur-aksiyası çərçivəsində binəqədili məktəblilərinin  Naxçıvan Muxtar Respublikasına yola salınmaları münasibətilə tədbir  keçirildi.
“Ölkəmizi Tanıyaq” ikinci tur-aksiyası çərçivəsində binəqədili məktəblilər Naxçıvana yola düşməzdən əvvəl ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılan abidəsini ziyarət etdilər.
Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov xalqımızın gələcəyi olan uşaqlara göstərilən dövlət qayğısından, gənc nəslin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən söz açdı. Bildirildi ki, Naxçıvan Muxtar Respublikasına reallaşdırılan maarifləndirici tur-aksiyada Binəqədi rayonundan 14 məktəbli iştirak edəcək.
Mərasimdə çıxış edənlər    Milli qəhrəman Bəxtiyar Allahverdiyev,  126  nömrəli tam orta məktəbin direktoru Şəmsi Qocayev, “Ölkəmizi tanıyaq” layihəsinin II tur aksiyasının iştirakçısı, Leyla Əliyevanın valideyni  Şəkərxanım Əliyeva, Ölkəmizi tanıyaq” layihəsinin birinci tur aksiyasının iştirakçısı Dilbər Hüseynzadə “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində ölkəmizin müxtəlif bölgələrinə reallaşdırılan maarifləndirici tur-aksiyaların əhəmiyyətindən danışdılar.
Qeyd olundu ki, məktəblilər 4 gün ərzində Naxçıvan, Ordubad şəhərləri, Şahbuz, Kəngərli rayonlarının  tarixi, maddi-mədəniyyət nümunələri, turizm mərkəzləri və başqa gəzməli-görməli yerləri ilə tanış olacaqlar.
Yola salma mərasimi konsert proqramı ilə davam etdi.
Bayram əhval-ruhiyyəsində keçən mərasimdə “Dilbərim” rəqs qrupunun balaca fidanları  tərəfindən “Multikulturalizm “ rəqsi  təqdim olundu.
Yeniyetmə və gənclərin vətənpərvərlik tərbiyəsinin daha da yüksəldilməsində, dünyagörüşünün formalaşmasında mühüm rol oynayan “Ölkəmizi Tanıyaq” layihəsi çərçivəsində Naxçıvana ekskursiya binəqədili məktəblilər tərəfindən böyük sevinc və coşqu ilə qarşılandı.
Sonda tur-aksiyanın iştirakçıları onlar üçün ayrılan xüsusi avtobusla Heydər Əliyev Beynəlxalq Aereportuna yola düşdülər.

 

Keçidlər