Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” layihəsinin ikinci mərhələsi başa çatdı

27 mart 2016 | 11:00

27 mart tarixində “Ölkəmizi tanıyaq” layihəsinin ikinci mərhələsi başa çatdı. Naxçıvan Muxtar Respublikasına 4 günlük səfər edən Binəqədi məktəbliləri Heydər Əliyev Beynəlxalq Hava Limanında təntənə ilə qarşılandılar.
Gənclər Azərbaycan Dövlət Televiziyasına müsahibə verdilər, onları qarşılayan Binəqədi Rayon İcra Hakimiyyətinin və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin əməkdaşları ilə layihə barədə xoş təəssüratlarını bölüşdülər. Binəqədi məktəbliləri bu tur çəriçivəsində bölgələrdə çox isti qarşılandıqlarını və həqiqətən də Azərbaycanımızın hər bir bölgəsinin sürətlə inkişaf etdiyinin şahidi olduqlarını bildirdilər.
Hava limanından Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkına gələn məktəblilər burada valideynləri və Rayon İcra Hakimiyyətinin şöbə müdirləri tərəfindən qarşılandılar, onlarla birgə xatirə şəkilləri çəkdirdilər.

Keçidlər