Binəqədi rayonu 138 saylı körpələr-evi uşaq bağçasında Novruz şənliyi keçirildi
17 mart 2016 | 11:00
17 mart tarixdə 138 saylı körpələr-evi uşaq bağçasında Novruz şənliyi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 138 saylı körpələr-evi uşaq bağçasının müdiri Seyranə Qasımova və bağçanın kollektivi iştirak etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bağçanın kollektivini, uşaqları Novruz bayramı münasibətilə təbrik etdi və rayon rəhbərliyinin hədiyyəsini təqdim etdi.
Daha sonra 138 saylı bağçanın balaca fidanları hazırladıqları proqramla çıxış etdilər.