Şriftin ölçüsü :

Saytın rəngi :

Valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram sovqatı paylandı

19 mart 2016 | 11:00

Martın 19-da Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının Qadınlar Şurasının təşkilatçılığı ilə “Azərbaycan Uşaqları” İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Uşaq Sığınacağı – Reinteqrasiya Mərkəzində yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqlara bayram sovqatı paylanıldı.
Qonaqlar Novruz hədiyyələrini gözləyən sığınacağın balaca sakinlərinin bayram əhval-ruhiyyəsinə xüsusi sevinc qatdılar.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Aynur Abbasova, YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının sədri Aytac Əliyeva, YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasınının İdarə Heyətinin üzvləri Səkinə Babayeva və Almaz Hacıyeva iştirak etdilər.
Binəqədi rayonunun fəal xanımları uşaqlarla bayram sevincini bölüşməklə yanaşı onların problemləri ilə də yaxından tanış oldular.
Daha sonra  sığınacağın əməkdaşları ilə gələcək planlar, sığınacaqda yaşayan valideyn himayəsindən məhrum olmuş uşaqların daha çox qarşılaşdığı problemlər və bu problemlərin birgə həllində əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparıldı.

 

Keçidlər