Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsində “Novruz” bayramı münasibətilə tədbir keçirildi
27 mart 2016 | 11:00
27 mart 2016-cı il tarixdə Hərbi Dəniz Qüvvələrinin “N” saylı hərbi hissəsində Binəqədi Rayon Gənclər və İdman İdarəsi və “Azərtar” təşkilatının birgə təşkilatçılığı ilə “Novruz” bayramı münasibətilə əyləncəli tədbir keçirilmişdir.
Tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Elvin Orucov, hərbi hissəsinin şəxsi heyətlə iş üzrə komandir müavini Əbülfət Xəlilov, “Azərtar” təşkilatının rəhbəri Cavanşir Həsənov, qonaqlar və şəxsi heyət iştirak etdilər.
Mədəniyyət və incəsənət ustalarının da iştirak etdiyi tədbirdə konsert proqramı təqdim olundu.