"Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu" mövzusunda tədbir keçirildi
17 mart tarixində Binəqədi rayonu N.Fərəczadə adına 100 saylı tam orta məktəbdə "Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin, ədəbiyyat və incəsənətinin qorunmasında, beynəlxalq səviyyədə təbliğ olunmasında müstəsna rolu" mövzusunda tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva, Bakı şəhəri üzrə Təhsil İdarəsinin böyük məsləhətçisi Mirzəyev Allahverdi və məktəb kollektivi iştirak etdilər.
Tədbiri məktəbin direktoru Gülnarə Məmmədova açaraq Mehriban xanım Əliyevanın Azərbaycanın milli-mədəni irsinin qorunmasında və beynəlxalq səviyyədə tanınmasında rolu haqqında məlumat verdi.
Sonra söz məktəbin əməkdar müəllimi İradə Əliyeva Mehriban xanım Əliyevanın iş fəaliyyəti haqqında geniş təqdimatla çıxış etdi.
Tədbirin ikinci hissəsi məktəb şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdi. Kompozisiya Azərbaycan qadını onun zəkası, müdrikliyi, bəşər tarixində özunəməxsus iz salması, cəmiyyətin inkişafı və idarəçiliyində fəal iştirakının qeyd olunması ilə başlandı. Bu işlərin layiqli davamçısı Mehriban xanım Əliyevanın fəaliyyəti geniş şəkildə qeyd olundu. Azərbaycan Dövlətçiliyi tarixində ilk dəfə olaraq “Birinci Xanım” statusunu alan Mehriban Əliyevanın mədəniyyət, incəsənət, idman, multikulturalizim sahəsində gördüyü işlər barədə ətraflı məlumat verildi.
"Gənc Heydərçilər"in çıxışı xüsusi maraqla qarşılandı. Eyni zamanda Yeni Azərbaycan Partiyasına yeni üzv olan şəxslərə YAP Binəqədi rayon təşkilatının aparat rəhbəri Sevinc Abdullayeva tərəfindən üzvlük vəsiqələri təqdim olundu.
Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşovun çıxışı ilə yekunlaşdı.