“31 Mart – Azərbaycanlıların Soyqırım Günü: Mahiyyəti, miqyası, nəticələri” mövzusunda məlumat saatı keçirildi
31 mart tarixində Binəqədi Rayon İcra Hakimiyyətində “31 Mart – Azərbaycanlıların Soyqırım Günü: Mahiyyəti, miqyası, nəticələri” mövzusunda məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları 31 Mart soyqırımı zamanı qətlə yetirilmiş insanların xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
Məlumat saatında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan xalqının 98 il əvvəl baş verən 31 Mart soyqırımında qətlə yetirilən insanların xatirəsinin dərin ehtiramla yad edildiyini, bu məqsədlə bir çox tədbirlərin keçirildiyini qeyd etdi.
Daha sonra Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova “31 Mart – Azərbaycanlıların Soyqırım Günü: Mahiyyəti, miqyası, nəticələri” adlı mövzu ətrafında mühazirə ilə çıxış etdi.
Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi.
.