Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi gəncləri “Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix-olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimatında iştirak etdilər

31 mart 2016 | 11:00

Martın 31-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 2-ci “Şuşa qrantı” birgə müsabiqəsinin qalibi olmuş qrant layihələri çərçivəsində çapdan çıxan “Ermənistanın Azərbaycana təcavüzü” üçcildliyinin və “Ermənistanın sovetləşməsindən Azərbaycan ərazilərinin işğalınadək erməni iddiaları: tarix - olduğu kimi (1920-1994-cü illər)” monoqrafiyasının təqdimatı keçirilib.
Tədbirdə həmçinin YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin bir qrup könüllüsü  də iştirak etdi. Gənclər tədbirdə millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov və Moldova Respublikasının ombudsmanı Aurelio Qriqoriu ilə görüşdülər.
Eyni zamanda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının "Beynəlxalq münasibətlər və xarici siyasət" kafedrasının dosenti Elçin Əhmədov müəllifi olduğu “Ermənistanın Azərbaycana təcavüzü” üçcildlik monoqrafiyasını imzalayaraq gənclərə hədiyyə etdi.

Keçidlər