Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin mart ayında daxil olan müraciətlər
2016-cı ilin mart ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 2998, birbaşa cavablandırılan zənglərin sayı 2434, yaradılan əks əlaqələrin sayı 519, günlük orta zəng sayı 90, tərtib edilən şikayət vərəqələrinin sayı 564 olub.
Şikayət xarakterli müraciətlərin 564-nün icrası təmin edilib, o cümlədən 465-i və ya 82,4 %-i tam həll olunub, 45-i və ya 8 %-i qismən həll edilib, 54-ü və ya 9,6 %-i müvafiq izahat verilərək həll edilib.
Mart ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 265-i və ya 47 %-i qaz təchizatı, 174-ü və ya 30,9 %-i su-kanalizasiya, 63-ü və ya 11,1 %-i lift problemləri, 19-u və ya 3,4 %-i istilik təchizatı, 17-si və ya 3,1 %-i sakinləri narahat edən digər məsələlər, 11-i və ya 1,9 %-i zibil və tullantılar ilə əlaqədar, 8-i və ya 1,4 %-i elektrik təchizatı ilə bağlı, 4-ü və ya 0,7 %-i yaşıllaşdırma idarəsi, 3-ü və ya 0,5 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olmuşdur.
Xidmətə mart ayı ərzində 36 təşəkkür müraciəti daxil olub.