Şriftin ölçüsü :

Saytın rəngi :

179 nömrəli tam orta məktəbin kollektivi ilə görüş keçirildi

08 aprel 2016 | 11:00

8 aprel 2016-cı il tarixdə 179 nömrəli tam orta məktəbin kollektivi ilə görüş keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və Binəqədi qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Elxan Əliyev iştirak etdilər.
Görüş iştirakçıları torpaqlarımız uğrunda şəhid olanların xatirəsini  bir dəqiqəlik sükutla yad etdilər.
Görüşdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Azərbaycan Ordusunun uğurlu döyüş əməliyyatlarından danışdı, çıxışını Ali Baş Komandan İlham Əliyevin sözləri ilə bitirmişdir: “Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, Azərbaycan əsgər, gizir və zabitləri Vətənə ləyaqətlə xidmət edirlər, öz Vətəninə sadiqdirlər. Bizim bütün hərbi hissələrimizdə, xüsusilə ön cəbhədə yerləşən hərbi hissələrdə, bütün Azərbaycan xalqında ruh yüksəkliyi var və Azərbaycan əsgərinin vətənpərvərlik hissləri çox yüksəkdir, möhkəmdir”.
Çıxışdan sonra 179 nömrəli tam orta məktəbin şagirdləri vətənpərvərlik haqqında kompozisiya təqdim etdilər.
Görüşün sonunda 179 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti qoşunların təmas xəttində şəhid olmuş Bağırov Emin İmran oğlunun dəfn mərasimində öz mütəşəkkilliyi və fəallığı ilə seçildiyi üçün məktəbə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəkkür məktubu təqdim edildi.

Keçidlər