Şriftin ölçüsü :

Saytın rəngi :

182 saylı tam orta məktəbdə görüş keçirildi

08 aprel 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Aparatın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov və Binəqədi qəsəbə nümayəndəsi Elxan Əliyev Binəqədi Rayon İcra Hakimiyyəti başçısının “Sahibkarların inkişaf etdirilməsi və əhalinin məşğulluq səviyyəsinin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarının icrasını təmin etmək məqsədilə Qərargahın yaradılması haqqında” 9 fevral 2016-ci il tarixli 24 saylı sərəncamına uyğun olaraq 182 saylı tam orta məktəbdə görüş keçirdilər.
Tədbirin əvvəlində məktəbin musiqi müəllimi Nazimə Quliyeva şəhidlərə həsr etdiyi “Sənə qurban Azərbaycan” mahnısını 9-cu sinif şagirdi Rəşad Muradovun ifasında fortepianoda müşayət etdi.
Keçirilən görüşdə son dövrdə qoşunların təmas xəttində şəhid olmuş Azərbaycan Ordusunun əsgərlərinin  o cümlədən, 182 saylı tam orta məktəbin məzunu olmuş şəhid Emin Bağırovun xatirəsi xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, torpaqlarımız uğurunda şəhid olan hər bir igidimiz qəlbimizdə yaşayır və onların hər bir qəhrəmanlıqları gənc nəsillərimizə örnək olmalıdır.
Sonra natiq çıxışında sərəncamdan irəli gələrək keçirilən görüşün mahiyyəti haqqında geniş məlumat verərək belə görüşlərin davamlı olacağını vurğuladı.
Çıxışdan sonra 182 saylı məktəbin 4-cü sinif şagirdi Yeganə Mehrəliyeva yazdığı əsgərlərimizə həsr edilən şeirini səsləndirdi, 9-cu sinif şagirdi Fatimə Səfərova isə Vətən haqqında şeir kompozisiyasını təqdim etdi.
Keçirilən görüşün sonunda 182 nömrəli tam orta məktəbin müəllim və şagird heyəti qoşunların təmas xəttində şəhid olmuş Bağırov Emin İmran oğlunun dəfn mərasimində öz mütəşəkkilliyi və fəallığı ilə seçildiyi üçün məktəbə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun təşəkkür məktubu təqdim edildi.

Keçidlər