Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 2016-cı ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirildi

15 aprel 2016 | 11:00

15 aprel tarixində Binəqədi rayonunda 2016-cı ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, RİH başçısının müavinləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Hesabat məruzəsi ilə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Nazirlər Kabinetinin 2016-ci ilin birinci rübün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan  iclasında dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açdı. O, bu ilin ilk üç ayı ərzində rayonun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən, aparılan genişmiqyaslı abadlıq-quruculuq işlərindən, həyata keçirilən  infrastruktur layihələrdən də danışdı.  Bildirdi ki, ölkədə geniş vüsət alan sosial-iqtisadi inkişaf, aparılan  quruculuq və abadlıq işləri Binəqədi rayonunda da yüksək templə  davam edir.
Hesabat məruzəsi ətrafında çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov bildirdi ki, bu ilin birinci rübünün yekunlarına görə rayon iqtisadiyyatının əsasını təşkil edən sənayenin dinamik inkişafı davam etdirilib və bu müddət ərzində xidmətlərdə daxil olmaqla 34470,0 min manatlıq məhsul istehsal olunub. Yeni müəssisələrin yaradılması, mövcud müəssisələrin fəaliyyətinin bərpa edilməsi nəticəsində 1124 daimi iş yerləri yaradılıb. Sosial-mədəni obyektlərin yaradılmasına, bununla da, əhalinin rifah halının yaxşılaşdırılmasına,  layiqli həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib. Rayon sakinlərinin mənzil-kommunal şəraitinin yaxşılaşdırılması istiqamətində başlanmış layihələrin icrası bu ilin birinci rübü ərzində də uğurla davam etdirilib. Ötən dövr ərzində rayonun memarlıq görkəmini daha da yaxşılaşdırmaq, aparılan təmizlik  və abadlıq işlərini intensiv və mütəşəkkil formada davam etdirmək, bu işlərə rayon ictimaiyyətini və geniş əhali kütləsini cəlb etmək məqsədilə həyata keçirilən “Birgə Yaradaq” sosial layihəsi çərçivəsində sistemli olaraq çoxsaylı tədbirlər reallaşdırılıb. Rayon ərazisində mərhələli və planlı şəkildə həyata keçirilən abadlıq-quruculuq işləri çərçivəsində 2016-cı ilin birinci rübü ərzində rayonun qəsəbələrarası və məhəllədaxili yollarında, mərkəzi prospektlərdə, yaşayış binalarının fasad və dam örtüklərində, park və meydanlarda, həmçinin digər infrastruktur sahələrində yenidənqurma və əsaslı təmir işləri aparılmış, bu istiqamətdə işlər bu gündə davam etdirilməkdədir. 
Yığıncaqda hesabat məruzəsi ətrafında çıxış edən Binəqədi Rayon Məşğulluq Mərkəzinin direktoru Məhəmməd Hacıyev, Binəqədi Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Rafiq İsayev və  digərləri rüb ərzində ölkəmizin, eləcə də Binəqədi rayonunun sosial-iqtisadi və mədəni-ictimai həyatında əldə olunan uğurlu nəticələrdən danışdılar və qarşıda duran vəzifələri müzakirə etdilər. 
Sonra Şura iclasının qərar layihəsi oxunuldu.
İclasa yekun vuran Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov qarşıda duran vəzifələrdən danışaraq, bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi. RİH başçısı məmurların daha səy və məsuliyyətlə işləməsi, vətəndaşların problemlərinin həllində fəal olmasının ən zəruri vəzifə olduğunu vurğuladı.

Keçidlər