Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Şahin” hərbi idman oyununun rayon mərhələsi keçirildi

22 aprel 2016 | 11:00

Binəqədi Rayon Gənclər və İdman İdarəsinin 2016-cı il tədbirlər planına uyğun olaraq 22 aprel 2016-cı il tarixdə Daxili Qoşunların Biləcəri qəsəbəsində yerləşən “N” saylı hərbi hissəsində yeniyetmə və gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi işinin gücləndirilməsi, məktəblilərin hərbi xidmətə hazırlıq səviyyəsinin yüksəldilməsi məqsədilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyununun rayon mərhələsi keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Daxili Qoşunlar Komandanlığının polkovniki Mətləb Qənbərov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon İdarəsinin rəisi Mehman Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının Biləcəri qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi İbad İbrahimov, məktəb direktorları, hərbi hazırlıq və fiziki tərbiyə müəllimləri iştirak etdilər.
Yarışda komandanın tərkibi 14 nəfərdən ibarət olmaqla (5 nəfər oğlan, 2 nəfər qız 8-ci sinif; 5 nəfər oğlan, 2 nəfər qız 10-cu sinif) ümumilikdə 32 məktəbdən 448 nəfər şagird iştirak etdi.
Komandalar yarışın 8 mərhələsi üzrə öz qüvvələrini sınadılar.
Yarışın nəticəsinə görə 100 №-li tam orta məktəbin komandası birinci yerə, 182 №-li tam orta məktəbin komandası ikinci yerə, 157 №-li tam orta məktəbin komandası isə üçüncü yerə layiq görüldü.

Keçidlər