Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi

22 aprel 2016 | 11:00

22 aprel 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyətində növbəti “Açıq qapı” vətəndaş forumu keçirildi.
Görüşdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbər vəzifəli şəxsləri və rayon sakinləri iştirak etdilər.
Görüşdə sakinləri narahat edən problemlər dinlənildi və həmin problemlərin bir qisminin həlli üçün aidiyyəti vəzifəli şəxslərə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerindəcə tapşırıqlar verildi, vətəndaşlara qanunvericiliyin tələbləri ətraflı izah edildi, bir qisminin həlli isə nəzarətə götürüldü.

Keçidlər