Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Multikulturalizmin Azərbaycan modeli” adlı tədbir keçirildi

25 aprel 2016 | 11:00

2016-cı ilin Azərbaycan Respublikasında “Multikulturalizm ili” elan edilməsi ilə bağlı dövlət başçısının imzaladığı Sərəncama əsasən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 21 aprel 2016-cı il tarixli 897 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Multikulturalizm ili” çərçivəsində Binəqədi rayonunda görüləcək işləri əhatə edən Tədbirlər Planına əsasən rayon ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarla birgə müxtəlif tədbirlər həyata keçirilməsi nəzərdə tutulub.
Belə tədbirlərdən biri 25 aprel tarixində 135 saylı tam orta məktəbdə keçirilən “Multikulturalizmin Azərbaycan modeli” adlı tədbirdir.
Rayonun 7 və 8-ci mikrorayonlarının ərazisində yerləşən tam orta məktəblərinin yuxarı sinif şagirdlərinin və həmin məktəblərdə ictimai fənnləri tədris edən müəllimlərin iştirakı ilə keçirilən tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Rauf Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin məsul əməkdaşları Novruz Nuriyev və Nurlan Əzizov iştirak etdilər.
Tədbirdə Heydər Əliyev siyasi kursu, ölkəmizdə multikultural və tolerant dəyərlər, multikulturalizmin Azərbaycan modeli, radikalizmin yaranma səbəbləri və zərərli təbliğat vasitələri barədə geniş mühazirə söylənildi.
Eyni zamanda, müəllimlərə və məktəblilərə Multikulturalizm ili” çərçivəsində dövlət tərəfindən qarşıya qoyulan tapşırıqlar və rayonda ölkəmizin multikultural dəyərləri və tolerantlıq ənənələrinin təbliği ilə bağlı görülən işlərdən bəhs olundu.
Tədbirə dinləyiciləri maraqlandıran suallar ətrafında müzakirələrlə yekun vuruldu.

Keçidlər