Şriftin ölçüsü :

Saytın rəngi :

Çernobıl faciəsinin 30-cu ildönümü ilə bağlı tədbir keçirildi

26 aprel 2016 | 11:00

26 aprel 2016-cı il tarixdə YAP Binəqədi rayon Təşkilatının akt zalında Binəqədi rayon İcra Hakimiyyətinin və YAP Binəqədi rayon təşkilatının birgə  təşkilatçılığı ilə “26 aprel- Çernobıl faciəsi”nin 30 illiyi ilə bağlı tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri Ramiz Göyüşov və Elman Dadaşov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Binəqədi rayon şöbəsinin müdiri Hüseyn Kərimov, Binəqədi rayon Əhalinin Sosial Müdafiə Mərkəzi Rafiq İsayev, Çernobil Əlilləri Cəmiyyəti Rayon şöbəsinin üzvləri, eləcə də, rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat nümayəndələri iştirak etdilər.
Tədbir ilk öncə vətən, torpaq uğrunda həlak olan şəhidlərimizin və Çernobıl faciəsi zamanı   həlak olanların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Sonra  Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov tədbiri giriş sözü ilə açaraq tədbir haqqında iştirakçılara məlumat verdi və faciənin tarixi haqqında çıxış edərək bu gün dövlətimiz tərəfindən Çernobıl əlillərinə yüksək diqqət və qayğı göstərildiyini diqqətə çatdırdı.
Daha sonra çıxış edənlər - Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Rayon Ağsaqqallar Şurasının sədri Akif Rəfiyev, Çernobil Əlilləri Cəmiyyəti rayon şöbəsinin sədri Məhərrəm Əliyev və Çernobil əlili Xudadat Əliyev faciə haqqında danışaraq, dövlətimizin faciə qurbanlarına göstərdikləri diqqət və qayğıdan xüsusi bəhs etdilər. Natiqlər çıxışlarında  qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycan vətəndaşının iştirak etdiyini diqqətə çatdırdılar və onların çoxları elə oradaca həlak olduğunu, qalanları isə ömürlük əlil  və ya ağır xəstəliklərə tutulduğunu vurğuladılar. Natiqlər çıxışlarının sonunda Çernobıl faciəsi səbəbindən dünyasını dəyişənlərə rəhmət, sağ qalanlara isə şəfa dilədilər.

Keçidlər