Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı “Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq” layihəsində iştirak edən nümayəndə heyətini ilə görüşdü
Aprelin 25-də Türkiyə Anadolu Aydınlar Ocağının başkanı professor, doktor İbrahim Öztəkin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası çərçivəsində həyata keçirilən “Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq” layihəsində iştirak edən nümayəndə heyəti Binəqədi rayonunda oldular.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov nümayəndə heyəti ilə görüşdü. Görüşdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının Türkiyə Cümhuriyyətinə olan səfəri barədə danışıldı, qardaş dövlətin vətəndaşları tərəfindən mehriban və qonaqpərvərliklə qarşılandıqları qeyd edildi. Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Türkiyə Anadolu Aydınlar Ocağının başkanı professor, doktor İbrahim Öztək tərəfindən layihəyə göstərdiyi dəstəyə görə “Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq” Ödülü ilə təltif edildi.
Sonda, qonaqlara hədiyyələr təqdim edildi, xatirə şəkilləri çəkdirildi.