Şriftin ölçüsü :

Saytın rəngi :

“Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq” layihəsi çərçivəsində Binəqədi rayon ictimaiyyətinin iştirakı ilə zirvə toplantısı keçirildi

26 aprel 2016 | 11:00

Türkiyə Anadolu Aydınlar Ocağının başkanı, professor, doktor İbrahim Öztəkin dəvəti, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə həyata keçən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın “Xocalıya Ədalət!” Beynəlxalq Təbliğat-Təşviqat Kampaniyası çərçivəsində D.Çizməli, B.P.Çələbioğlunun “Cümhuriyyətin ilk sədası”, İftixarın “Nurlu ömrün anları”, “Soyqırımı tarixinin dastanı” əsərləri ilə Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsünə əsasən, Türkiyə Cümhuriyyətinin İğdır, Kars, Ərzurum, İnəgöl, Bursa, Manisa, İzmir, Kuşadası, Sakarya, Kocaeli, İstanbul, Amasya, Samsun, Girəsun, Trabzon şəhərlərini əhatə edən “Türkiyə-Azərbaycan Kültür və Sanatda Dev Kardeşlik ve Candaşlıq” layihəsi çərçivəsində Bakı şəhərində 25 aprel 2016-cı ildə Rəşid Behbudov adına Mahnı Teatrında Binəqədi rayon ictimaiyyətinin iştirakı ilə zirvə toplantısı keçirildi.
Zirvə toplantısında Türkiyə Cümhuriyyətinin “Aydınlar Ocaqları” başkanları, professorlar, doktorlar və elm adamları 20 nəfərlik nümayəndə heyəti ilə təmsil olundu.

Keçidlər