11 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi
11 iyul 2023-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə YAP Binəqədi Rayon Təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Baksol yaşayış massivi, İncəçay küçəsinin döngələrinə asfalt vurulması, Baksol yaşayış massivində içməli su təchizatının yaxşılaşdırılması səbəbindən su xəttlərinin çəkilməsi, Zəngəzur küçəsində kanalizasiya xəttlərinin çəkilməsi, H.Məmmədquluzadə küçəsi 3 saylı binanın zirzəmisinə yığılan qrunt sularının dolmasının qarşısının alınması, A.Hüseynov küçəsinə 300 metr uzunluğunda asfalt örtüyünün vurulması, Yeni verilmiş küçə adlarına dair lövhələrin vurulması, R.Hüseynov 18 saylı ünvan ərazisində ağacların budanması, Q.Qarayev küçəsi, ev 22 ünvanı ərazisində qurumuş ağacların kəsilməsi, İ.Hacıyev küçəsində elektrik enerjisinin zəif olması, H.Məmmədqulzadə küçəsi 3 saylı binanın qarşısında abadlıq işlərinin aparılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.