11 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi
11 iyul 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbəsinin sakinləri ilə səyyar qəbulu keçirildi.
Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Aparatın məsul şəxsləri, bələdiyyə, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Ə.Rəsulzadə qəsəbəsi Ç.İldırım küçəsində içməli su borusunun dəyişdirilməsi, Zahid Qəmbərov küçəsi ilə Əli Məmmədov küçəsinin kəsişməsində yerləşən piyada keçidinin rənglənməsi və Ramiz Aboyev adına mədəniyyət və istirahət parkında sakinlərin narazılığına səbəb olan, uzun illər baxımsız qalan və təhlükəli 2 tikili ilə bağlı müvafiq tədbirlərin görülməsi, Ağa Nemətulla küçəsində “Azərsu ASC” tərəfindən aparılan təmir işlərindən sonra asfalt örtüyünün bərpası, Aydınbəyov küçəsində kanalizasiya xəttinin təmiri və içməli su xətti borusunun dəyişdirilməsi, Z.Fərzəliyev küçəsinin işıqlandırılması, vətəndaşın işlə təmin olunması, M.Məmmədxan küçəsində təhlükəli küknar ağacanın budanması, 71 saylı avtobus xəttinin intervalının azaldılması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.