Şriftin ölçüsü :

Saytın rəngi :

11 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi

12 mart 2025 | 13:12

11 mart 2025-ci il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin Binəqədi qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin Axarsu  küçəsi, döngə 2 ünvanında asfalt örtüyünün bərpa olunması, M.Ələkbərov küçəsi, döngə 7 ünvanına küçə işıqlarının çəkilməsi, C.Cabbarlı küçəsi, Ramazanov küçəsi və İsfahani küçəsinin kəsişməsində kanalizasiya xəttinin yuyulması, Ramil Quliyev küçəsində kanalizasiya quyularının yeni qapaqla təmin olunması, II mədən, korpus 52 ünvanında qurumuş ağacın götürülməsi ilə bağlı müraciətin ünvanlanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər