Şriftin ölçüsü :

Saytın rəngi :

11 nömrəli Onbirillik Musiqi məktəbində 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə konsert proqramı təşkil olundu

29 dekabr 2022 | 15:59

27 dekabr 2022- ci il tarixində Binəqədi rayonu A.Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbində 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibəti ilə konsert proqramı təşkil olundu.

Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva, Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi məktəbinin direktoru Rövşən Məmmədov, məktəbin pedoqoji heyəti, şagirdlər və valideynləri iştirak etdilər.

Tədbirdə musiqi məktəbinin müxtəlif ixtisaslar üzrə şagirdləri Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini səsləndirdilər. Tədbirin sonunda məktəbin direktoru Rövşən Məmmədov tədbir iştirakçılarını salamlayaraq bildirdi ki, 22 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova tərəfindən məktəbin fortepiano şöbəsinin VIII sinif şagirdi Nərgiz Rəsulova “Mədəniyyət və İncəsənət sahəsində qazandığı uğurlara görə” 2022-ci il “Qalib Ölkənin Qalibləri" nominasiyası üzrə təltif olundu. Bu münasibətlə məktəbin direktoru Rövşən Məmmədov Nərgiz Rəsulovanı təbrik etdi və ona yeni yaradıcılıq uğurları arzuladı.

Daha sonra RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Quliyeva məktəbin bütün pedoqoji kollektivini, şagirdləri və onların valideynlərini 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi qəlbdən təbrik edərək onlara can sağlığı, uzun ömür və nailiyyətlər arzuladı və qeyd etdi ki, dünya azərbaycanlılarının milli həmrəyliyinə nail olunması ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən biridir. Bu birlik və həmrəyliyimiz nəticəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində tarixi torpaqlarımız erməni işğalından azad edildiyini vurğulayaraq, şəhidlərə Allahdan rəhmət və ailələrinə səbr, qazilərə isə can sağlığı arzu etdi.

Keçidlər