Şriftin ölçüsü :

Saytın rəngi :

11 oktyabr - "Beynəlxalq Qızlar Günü"nə həsr olunan "Kaman Səsi" tamaşa sərgi kompozisiyası təqdim edildi

13 oktyabr 2023 | 12:58

11 oktyabr 2023-cü il tarixində "Azərbaycan Uşaqları" İctimai Birliyinin təşkilatçılığı ilə Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzində müvəqqəti məskunlaşan uşaqlar və əməkdaşların təqdimatında 11 oktyabr - "Beynəlxalq Qızlar Günü"nə həsr olunan "Kaman Səsi" tamaşa sərgi kompozisiyası təqdim edildi.

Kompozisiyanın əsas məqsədi valideyn himayəsindən məhrum olmuş və müxtəlif növ zorakılığa məruz qalan uşaqların incəsənətə maraqlarının artırılması yolu ilə öz potensiallarının ortaya çıxarılmasına dəstək olmaq, uşaqların öz istəyi ilə bilik və bacarıqlarına uyğun istiqamətlərə yönəlməsinin və təhsil almalarının nə dərəcə də əhəmiyyətli olduğunu vurğulamaqdır.

Tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Səhiyyə Nazirliyi Elmi Tədqiqat Kardiologiya İnstitutunun direktoru Gülnaz Dadaşova, Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevinc Süleymanova, Daxili İşlər Nazirliyi Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə müdiri və əməkdaşları, Azərbaycan Respublikası Baş Prokurorluğunun idarə rəisinin müavini, İnsan Alverinə Qarşı Mübarizə baş idarəsinin əməkdaşları, Sosial Xidmətlər Agentliyinin departament müdiri, TƏBİB-in şöbə müdiri, Qeyri Hökümət təşkilatlarının rəhbərləri və digər rəhbər şəxslər iştirak etdilər.

Tamaşanın yekununda sığınacaq sakinləri rəsmi qonaqlar tərəfindən sertifikatlar və hədiyyələrlə təltif edildi.

Tədbir AUİB-nin təşkilatçılığı, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitutu, ACCFİN GROUP, ”Oriflime” şirkəti, ”Amigro” Psixoloji Nitq Mərkəzi, “Uniforma” Housegroup-un dəstəyi ilə keçirildi.

Keçidlər