Şriftin ölçüsü :

Saytın rəngi :

11 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi

16 yanvar 2024 | 12:03

11 yanvar 2024-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.

Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.

Rayon İcra Hakimiyyətinin başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.

Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin S.Məmmədova küçəsi 207 saylı ünvanda binanın zirzəmisinin dezinfeksiya olunması, S.Məmmədova küçəsi 209 saylı ünvanda binanın zirzəmisində kanalizasiya xəttinin təmiri və zirzəminin dezinfeksiya olunması, Ü.Hacıbəyov küçəsi 6 saylı ünvanda təhlükə vəziyyətində olan ağacın kəsilməsi, H.Babaşov küçəsi 9 və 19 saylı ünvanlarda ağacların budanması, A.Məmmədov küçəsi 55 saylı ünvanda 2 quru ağaca aqrotexniki qulluğun göstərilməsi, M.Cəlal küçəsi 59, 31, 13 saylı ünvanlarda yerləşən avtobus dayanacaqlarında olan ağacların budanması ilə bağlı müraciətlərini dinlədikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.

Keçidlər