Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin aprelində daxil olan müraciətlər

03 may 2016 | 11:00

2016-cı ilin aprel ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 2690, birbaşa cavablandırılan zənglərin sayı 1983,  yaradılan əks əlaqələrin sayı 803, günlük orta zəng sayı 78, tərtib edilən şikayət vərəqələrinin sayı 707 olub.
Şikayət xarakterli müraciətin 707-nin  icrası təmin edilib, o cümlədən  601-i və ya 85 %-i tam həll olunub, 58 -i və ya 8,2 %-i qismən həll edilib, 48-i və ya 6,8 %-i müvafiq izahat verilərək həll edilib.
Aprel ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin 331-i və ya 46,8 %-i su-kanalizasiya, 240-ı və ya 33,9 %-i qaz təchizatı, 69-u və ya 9,8 %-i lift problemləri, 25-i və ya 3,5 %-i sakinləri narahat edən digər məsələlər, 16-sı  və ya 2,3 %-i elektrik təchizatı ilə bağlı, 11-i və ya 1,6 %-i məişət tullantıları ilə əlaqədar, 6-sı və  ya 0,8 %-i yaşıllaşdırma idarəsi, 5-i və ya 0,7 %-i istilik təchizatı, 4-ü və ya 0,6 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 21 təşəkkür müraciəti daxil olub.

Keçidlər