Rayon İcra Hakimiyyətinin başçısı Açıq qapı vətəndaş forumu çərçivəsində sakinləri qəbul etdi
04 may 2016 | 11:00
4 may 2016-cı il tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov Açıq qapı vətəndaş forumu çərçivəsində sakinləri qəbul etdi.
Qəbulda Rayon İcra Hakimiyyəti başçısının müavini və Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdirləri iştirak etdilər.
Qəbul zamanı sakinlərin qaldırdığı məsələlərlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən aidiyyəti vəzifəli şəxslərə tapşırıqlar verildi, vətəndaşlara qanunvericiliyin tələbləri izah edildi.