Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə şagirdlər arasında inşa yazı müsabiqəsi keçirildi
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının birgə təşkilatçılığı ilə 29 aprel 2016-cı il tarixdə 100 №li tam orta məktəbdə böyüməkdə olan gənc nəsil arasında Heydər Əliyev irsini təbliğ etmək, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması məqsədilə “Azərbaycan Səninlədir, Sənsiz deyil” mövzusunda inşa yazı müsabiqəsi keçirildi.
Müsabiqənin nəticəsinə görə 157 №li tam orta məktəbin 10 “a” sinif şagirdi Qaratel Məhəmməd qızı Əfənli (H 00032) birinci yerə, 248 №li tam orta məktəbin 11 “a” sinif şagirdi Aydan Saleh qızı Quliyeva (H 0028) ikinci yerə və 179 № li tam orta məktəbin 10a sinif şagirdi Xədicə Şirəli qızı İsmayılova (H 0050) üçüncü yerə layiq görüldülər.
205 №li tam orta məktəbin 10-cu sinif şagirdi Arzu Mahir qızı Qurbanzadə (H 0007), 267 №li məktəb-liseyin 9b sinif şagirdi Gülnar Azər qızı Seyidli (H 0027), 284 №li tam orta məktəbin 10 “c” sinif şagirdi Ləman Asif qızı Abdullayeva (H 0035), 3 №li tam orta məktəbin 9 “ç” sinif şagirdi Lumu Cəmil qızı İsrafilli (H 0042), 298 №li tam orta məktəbin 9 “c” sinif şagirdi Nübar Mehman qızı Cəfərova (H 0051) fərqlənməyə layiq görüldülər.