Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda İkinci Dünya müharibəsinin veteranları ziyarət olundu

09 may 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsi və Müharibə, Əmək, Silahlı Qüvvələr və Hüquq Mühafizə Orqanları Veteranları Şurası rayon şöbəsinin təşkilatçılığı ilə rayonun fəal gəncləri və ASAN Könüllüləri İkinci Dünya müharibəsinin veteranlarının evlərində qonaq oldular.
Gənclər veteranları Qələbə Günü münasibətilə təbrik edərək, onlara cəmiyyətin əziz, hörmətli insanları olduqlarını bildirdilər. Ziyarət olunan Böyük Vətən müharibəsi veteranlarına gül dəstələri təqdim olundu.
Evlərində ziyarət olunan Böyük Vətən müharibəsi veteranları Paşayev Elmar Fərəc oğlu, Məmmədov Əmirbala Əmirəhməd oğlu, İsmayılov Həbibulla Talıb oğlu və Əmrəliyev Əmirəli Qulu oğlu isə öz növbəsində göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.

Keçidlər