Binəqədi rayonu məktəbəqədər təhsil müəssisələri “Vətən Bizi Səsləyir – Yolumuz Qarabağa”! adlı vətənpərvərlik tədbiri keçirdilər
6 may tarixində 8 may Şuşanın işğalı və 9 may Qələbə günü ilə bağlı Binəqədi rayonunun 9 məktəbəqədər təhsil müəssisəsi “Vətən Bizi Səsləyir-Yolumuz Qarabağa!” adlı vətənpərvərlik tədbiri keçirdi.
Tədbirdə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri və kollektivləri iştirak etdilər.
İlk öncə tədbir aparıcılar tərəfindən Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi. Daha sonra tədbirdə vətən, torpaq uğrunda şəhid olan igidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra çıxış edənlər Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndəsi Fəxridə Abbasova və 158 saylı bağçanın müdiri Rəfiyyə Əsədova “Vətən Bizi Səsləyir – Yolumuz Qarabağa”! adlı vətənpərvərlik tədbirinin əhəmiyyətini vurğulayaraq, balaca yaşlardan uşaqların vətənpərvərlik ruhunda tərbiyə edilməsinin vacibliyini diqqətə çatdırdılar. Natiqlər Cənab Prezidentimiz İlham Əliyevin ordu sahəsində apradığı uğurlu siyasətdən danışaraq tezliklə torpaqlarımızın azad edilməsini və üçrəngli bayrağımızın Qarabağda asılacağını vurğuladılar.
Çıxışlardan sonra Binəqədi rayonu 9 məktəbəqədər təhsil müəssisələri (158, 138, 210, 211, 298, 272, 266 , 177 , 151) təşkil etdiyi bədii kompozisiyalar nümayiş edildi.
Tədbirin sonunda Azərbaycan Respublikasının böyük bayrağı səhnəyə gətirilərək bayraq flaşmobu nümayiş edildi və səhnəyə canlı olaraq 158 saylı bağçanın məzunu olan uşaq çıxaraq “Qarabağ” şikəstəsini səsləndirdi.