Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda Ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə aksiyası keçirildi

10 may 2016 | 11:00

Müstəqil Azərbaycan Dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə paytaxtın Binəqədi rayonunda ümumrayon iməciliyi keçirildi.
Ulu öndərin doğum günü münasibəti ilə  hər il ənənəvi olaraq təşkil olunan Gül bayramı bu dəfə də maraqlı və yaddaqalan oldu. Gül bayramı ilə əlaqədar may ayının 7-dən başlayaraq rayonun bütün park, bağ və xiyabanlarında idarə, müəssisə və təşkilatların kollektivləri, bələdiyyələr və ictimaiyyət nümayəndələrinin iştirakı ilə  iməciliklər təşkil olunub. Aksiyalar zamanı rayon ərazisində abadlıq və yaşıllaşdırma işləri aparıldı, 50 mindən çox gül və bəzək kolları əkildi. Mövzu və kompozisiya baxımından ildən-ilə zənginləşən Gül bayramında təbii güllər və çiçəklərdən müxtəlif növ kompozisiyalar hazırlandı. Eyni zamanda müxtəlif gülləri və çiçəkləri ifadə edən, al-əlvan geyimlərdəki körpələrin aksiyalarda iştirakı rayon sakinlərində xoş ovqat yaratdı.
10 may tarixində Binəqədi rayonunda ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə genişmiqyaslı ağacəkmə aksiyası keçirildi.
Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocasən qəsəbəsində yerləşən Bakı Atıcılıq Mərkəzinin ətrafında ekoloji tarazlığın qorunması məqsədi ilə keçirilən aksiyaya Rayon İcra Hakimiyyəti başçısı Aparatı, YAP rayon təşkilatı, eləcə də bütün idarə, müəssisə və təşkilatların kollektivləri cəlb olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun da iştirak etdiyi tədbirdə 1500-dən çox Eldar Şamı və  digər yerli iqliməuyğun ağac tingləri əkildi.
Aksiya zamanı ərazidəki yaşıllıq sahələrində təmizlik işləri aparıldı, yeni əkilən ağaclar suvarıldı və onlara aqrotexniki qaydada qulluq göstərildi,əkilən ağacların inkişafı üçün, həmçinin onların küləkdən qorunması və mühafizəsi məqsədilə zəruri tədbirlər görüldü.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibəti ilə təşkil olunan ağacəkmə aksiyasında əsas məqsəd ulu öndərin hər zaman xüsusi önəm verdiyi yaşıllıqların daha da genişləndirmək, ekoloji tarazlığını bərpa etmək, insanlar arasında ekoloji mədəniyyəti və təbiətə qayğı hissini təbliğ etməkdir.

Keçidlər