Şriftin ölçüsü :

Saytın rəngi :

Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Emin Bağırovun 40 mərasimi keçirildi

14 may 2016 | 11:00

Mayın 14-də Binəqədi rayonunda qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olmuş Emin Bağırovun 40 mərasimi keçirildi.
Mərasimdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, millət vəkilləri Madər Musayev və Kamaləddin Qafarov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri və aparatın şöbə müdirləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etdilər.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən şəhid Emin Bağırov müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalı ilə təltif olundu. “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medal şəhidin atası İmran Bağırova təqdim edildi.
Mərasimdə iştirak edən Müdafiə Nazirliyinin nümayəndəsi şəhidin keçdiyi döyüş yolundan, onun döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan danışdı.
Emin Bağırov aprelin 2-də qoşunların təmas xəttində torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına şəhid olub. Şəhid doğulduğu Binəqədi qəsəbəsində yerləşən kənd qəbirstanlığında torpağa tapşırılmışdır.
Allah rəhmət eləsin!

Keçidlər