Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirildi

26 may 2016 | 11:00

26 may tarixində Binəqədi Rayon İcra Hakimiyyətində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 98-ci ildönümünə həsr olunmuş məlumat saatı keçirildi.
Məlumat saatında Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova, Aparatın şöbə müdirləri, əməkdaşları, rayon icra nümayəndələri, bələdiyyələr və YAP Binəqədi rayon təşkilatının fəal üzvləri iştirak etdilər.
Məlumat saatında çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin çoxəsirlik sosial-iqtisadi, ictimai-siyasi və mədəni inkişafında böyük əhəmiyyətindən danışdı.
Daha sonra tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova «Müstəqilliyin çətin yolu - Azərbaycan Xalq Cümhuriyyəti” adlı mövzu ətrafında mühazirə ilə çıxış etdi.  Mühazirədən sonra məlumat saatı diskussiya şəkilində davam etdirildi.
Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirdilər.

Keçidlər