Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda yaz-yay mövsümünün başlanması ilə əlaqədar iclas keçirildi

27 may 2016 | 11:00

23 may 2016-cı il tarixdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İlqar Süleymanovun sədrliyi ilə yaz-yay mövsümünün başlanması ilə əlaqədar iclas keçirildi.
İclasda yaz-yay mövsümünün başlanması ilə əlaqədar məişət və digər tullantıların mövsümdən asılı olaraq yaranma mənbələrinin təhlil edilməsi və gündəlik olaraq yığışıdırlıb daşınması məqsədilə yaradılmış işlək mexanizmin daha da təkmilləşdirilməsi, bu sahəyə nəzarətin gücləndirilməsi, Fatmayi, Görədil və Novxanı bağ massivləri ərazisində, çimərlik ərazilərində əmələ gələn məişət və digər tullantıların vaxtında yığışdırılaraq daşınmasının təşkili, rayon ərazisində yerləşən və fəaliyyət göstərən çimərliklərdə təmizlik aksiyasının keçirilməsi və burada əhalinin istirahətinin təşkili üçün müvafiq şəraitin yaradılması müzakirə olundu.
Rayonun istirahət parklarında əhalinin istirahətinin və asudə vaxtının təşkili məqsədilə müvafiq şəraitin yaradılması, istirahət və bayram günlərində müxtəlif mədəni-kütləvi tədbirlərin keçirilməsinin təmin edilməsi, rayonun bütün inzibati ərazilərində mövsümi ticarət, ictimai-iaşə və xidmətlə məşğul olan (dənizkənarı, avtoyuma, heyvan kəsimi və s.) obyektlərin fəaliyyətlərinin ətraf mühitin qorunması qanunvericiliyinin tələblərinə uyğunlaşdırılması, hər bir ərazi dairəsində və bələdiyyə ərazisində yaradılmış mövcud infrastruktur obyektlərinin (parkların, yaşıllıqların, çəmənliklərin, fontanların, şəlalələrin, elektrik, su və kanalizasiya xətlərinin, söhbətgahların, talvarların, oturacaqların, tullantı qablarının və konteynerlərin və s.) inventarizasiyasının aparılması, onların yaxşılaşdırılması məqsədilə əlavə işlərin görülməsi və normal istismarı üçün tədbirlərin həyata keçirilməsi kimi tapşırıqlar verildi.
Sonda yuxarıda qeyd olunan tapşırıqların icrası ilə əlaqədar həftəlik, aylıq hesabatlığının təmin edilməsi tapşırıldı.

Keçidlər