Şriftin ölçüsü :

Saytın rəngi :

“Əlvida bağça, salam məktəb” adlı tədbir keçirildi

27 may 2016 | 11:00

27 may tarixində Binəqədi rayonu, Biləcəri qəsəbəsi 296 saylı uşaq bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, 296 saylı uşaq bağçasının müdiri Elza Ümüdova və bağçanın kollektivi iştirak etdilər.
296 saylı uşaq bağçasında keçirilən tədbirdə balaca fidanlar “Əlvida bağça, salam məktəb” deyərək bağça həyatını uğurla yekunlaşdırdılar. Qonaqları “Azərbaycan” mahnısı ilə salamlayan uşaqlar vətən, Azərbaycan bayrağı haqqında mahnılar, dünya xalqlarının rəqslərindən nümunələr ifa etdilər.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova uşaqları təbrik edərək onlara gələcək məktəb həyatlarında uğurlar dilədi və 28 May Respublika günü münasibətilə hər kəsi təbrik etdi. Natiq çıxışında qeyd etdi ki, gələcəyimiz olan uşaqları vətənpərvərlik ruhda böyütmək və onları cəmiyyətimizə, dövlətimizə layiqli şəkildə formalaşdırmaq hər birimizin borcudur.
Tədbirin sonunda balaca fidanlara fotolarından ibarət albom və hədiyyələr təqdim edildi.

Keçidlər