Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı tədbir keçirildi

31 may 2016 | 11:00

31 may tarixində Binəqədi rayonunda 298 saylı körpələr evi-uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı “Uşaqların nağıl dünyası” adlı tədbir keçirildi.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov, Binəqədi Rayon İcra Hakimiyyəti Başçısı Aparatının şöbə müdiri Elman Dadaşov, Binəqədi rayonu ərazisində yerləşən məktəbəqədər təhsil müəssisələrinin və “Dilbərim” rəqs qrupunun kollektivləri iştirak etdilər. 
İlk öncə tədbiri 298 saylı bağçanın balaca fidanları açaraq onlara məxsus olan özəl günü açıq elan etdilər və tədbir “Sülh göyərçinləri” adlı kompozisiya ilə başladı.
Sonra qonaqları salamlayan 298 saylı körpələr evi–uşaq bağçasının müdiri İradə Əhmədova tədbirin proqramı haqqında məlumat verdi.
Daha sonra çıxış edən  Binəqədi rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov uşaqları təbrik edərək vurğulamışdır ki, uşaqlar bizim gələcəyimizdir. Natiq çıxışında bildirmişdir ki, tarix boyu hər bir dövlər, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Çıxışlardan sonra Rayon İcra Hakimiyyəti başçısının təşəkkür məktubu oxundu  və  il ərzində rayonun bütün tədbirlərində, layihələrində aktiv iştraklarına görə 272, 298 saylı körpələr evi-uşaq bağçalarına və “Dilbərim” rəqs qrupuna Rayon İcra Hakimiyyətinin rəhbərliyi adından təşəkkür məktubları təqdim edildi.
Sonra 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə bağlı hazırlamış “Uşaqların nağıl dünyası” adlı tədbirin nağıl əsasında qurulmuş ssenarisi uşaqların maraqlı kompozisiyalarının nümayişi ilə davam etdirildi. Uşaqların nümayiş etdirdikləri nağıl qəhrəmanlarının personajları, şeirlər, mahnılar, rəqslər və səhnəciklər tədbir iştirakçılarında xoş əhval- ruhiyyə yaratdı.
Daha sonra sonda sülhün rəmzi sayılan göyərçinlər səmaya uçurularaq “Uşaqların nağıl dünyası” adlı tədbir Rayon İcra Hakimiyyəti tərəfindən uşaqlara hədiyyə edilən tortun kəsilməsi ilə yekunlaşdı.

Keçidlər