Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda 28 May-Respublika günü və 1 iyun-Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə sosial aksiya keçirildi

30 may 2016 | 11:00

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı və Binəqədi qəsəbə bələdiyyəsinin təşkilatçılığı ilə 28 may – Respublika günü və 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə sosial aksiya keçirildi.
Aksiyaya əsasən, Əlil Uşaq və Gənclərlə İş Mərkəzinin nəzdində olan 50-dək fiziki qüsurlu uşaq və yeniyetmə may ayının 29-da Quba şəhərinə ekskursiya etdilər. Quba şəhərinin mərkəzində səhər yeməyi yedikdən sonra onlar Qırmızı qəsəbə, Quba Tarix Diyarşunaslıq Müzeyi ilə tanış oldular. Daha sonra isə Quba Soyqırımı Memorial Kompleksində olan Mərkəz üzvləri ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı tutduları təcavüzkar mövqe və törətdikləri soyqırımın qalıqlarını izlədilər. Yenidən şəhər mərkəzində nahar edərək, layihə iştirakçıları bu dəfə Nüqədi gölünə getdilər. Ecazkar Nüqədi gölünün sahillərində piknik edən iştirakçılar müxtəlif oyunlar oynadı, yarışlar keçirdi, qaliblər müxtəlif hədiyyələr qazandı.

Keçidlər