Şriftin ölçüsü :

Saytın rəngi :

1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə 126 saylı məktəbdə tədbir keçirildi

01 iyun 2016 | 11:00

İyunun 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi və Binəqədi Rayon İcra Hakimiyyəti, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin həyata keçirdiyi layihə çərçivəsində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Binəqədi rayonunda yerləşən 126 saylı məktəbdə tədbir keçirildi. 
Tədbiri giriş sözü ilə açan “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rizazadə layihə haqqında geniş məlumat verdi. Bildirildi ki, “Yeniyetmələrdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və idmana marağın artırılmasına dəstək” layihəsi ilkin olaraq, Binəqədi rayonu ərazisində yerləşən 5 məktəbdə - 83, 276, 283, 126 və 244 saylı məktəblərdə həyata keçirilib. Layihə məktəblilərdə, xüsusən aztəminatlı ailələrdən olan şagirdlərdə yaradıcı düşüncə tərzinin düzgün formalaşdırılması və inkişaf etdirilməsi, onların sağlam həyat tərzinə cəlb olunması, idmana marağın artırılması məqsədi daşıyır. Layihə çərçivəsində ekspertlər tərəfindən rəsm, şahmat, voleybol və basketbol üzrə xüsusi istedadlı şagirdlər aşkar olunmuş, məktəbdaxili turlar təşkil olunmuşdur. Beləliklə, yarışlarda iştirak edən istedadlı şagirdlər öz maraq və meyllərini vaxtında aşkar etmiş və asudə vaxtlarını düzgün qurmuş olacaqlar.
İctimai Birliyin üzvü, layihə rəhbərinin köməkçisi tarix üzrə fəlsəfə doktoru Nüşabə Məmmədova çıxış edərək məktəbliləri 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik etdi, cənab Prezident İlham Əliyevin uşaq və gənclərə göstərdiyi böyük qayğıdan söz açdı.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Elnur Məmmədov, QHT-lərə Dövlət Dəstəyi Şurasının məsləhətçisi Həsən Səmədov, Binəqədi Rayon İctimai Şuranın sədri Aslan Mehdiyev çıxış edərək, bayram münasibətilə şagirdləri təbrik etdilər.
Məktəbdaxili yarışma və müsabiqələrdə iştirak edən şagirdlər təşəkkürnamə ilə təltif olundular, yarış qalibləri isə elan olunaraq növbəti mərhələdə - məktəblərarası  yarışmalarda iştirak etmək hüququ qazandılar.
Sonda 126 və 244 saylı məktəblərin finala çıxan şahmatçıları arasında dostluq yarışı keçirildi, xatirə şəkilləri çəkildi.

Keçidlər