Şriftin ölçüsü :

Saytın rəngi :

Şərqi Avropa ölkələrindən olan nümayəndə heyəti Binəqədi rayonunda səfərdə oldular

02 iyun 2016 | 11:00

1 iyun 2016-cı il tarixdə Avropa İttifaqı “HOME-Mənzil Sektorunda islahatlara doğru Azərbaycan, Belarus, Moldova, Gürcüstan və Ukraynada Mənzil Mülkiyyətçilərinin potensialının artırılması” layihəsi çərçivəsində “Şərqi Avropada Mənzil Təsərrüfatı” təşəbbüskarları Qeyri-Hökümət Təşkilatının təşkilatçılığı ilə Şərqi  Avropa ölkələrindən olan 30-dan çox şəxsin iştirak etdiyi nümayəndə heyəti Binəqədi rayonunda səfərdə oldular.
Səfər çərçivəsində  nümayəndə heyəti  Binəqədi rayonu, 9-cu mikrorayon, H.Babaşov küçəsi 19, 20 və 21 saylı binaların həyətində  yerləşən, Binəqədi bələdiyyəsinin nəzdində fəaliyyət göstərən Mənzil İdarəçiliyi Resurs İnformasiya Mərkəzində oldular və Mərkəzdə görülən işlər barəsində qonaqlara ətraflı məlumat verildi. Mərkəzin fəaliyyət istiqamətləri, əhali ilə apardığı görüşlər və nəticələri haqqında qonaqları maraqlandıran suallar cavablandırıldı.     
Sonra nümayəndə heyəti Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 91 saylı ünvanda yerləşən “Binəqədi 1” MMMC–də olaraq görülən işlərlə və gələcək planlar ilə maraqlandılar.
Daha sonra qonaqlar tanışlıq məqsədilə Heydər Əliyev adına istirahət parkını gəzdi, parkda yerləşən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binası ilə tanış oldu, xatirə şəkli çəkdirdilər.
Sonda nümayəndə heyətinin şərəfinə şam yeməyi təşkil olundu. Səmimi keçən görüşdən razı qalan qonaqlar onlara göstərilən diqqət və qayğıya görə Binəqədi Rayon İcra Hakimiyyətinə və Binəqədi bələdiyyəsinə təşəkkürlərini bildirdilər.

Keçidlər