Binəqədi rayonunda “Uşaqları sevək, qoruyaq” adlı bədii-əyləncəli tədbir keçirildi
01 iyun 2016-cı il tarixdə Binəqədi rayonu Heydər Əliyev adına istirahət parkında “01 İyun-Uşaqların beynəlxalq müdafiəsi günü” münasibətilə “Dəcəl balam” Ailə və uşaq inkişaf mərkəzi və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaqları sevək, qoruyaq” adlı bədii-əyləncəli tədbir keçirildi.
Tədbirdə “Dəcəl balam” Ailə və uşaq inkişaf mərkəzinin direktoru Dilşad Musa, Binəqədi Rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Ülviyyə Usubova çıxış edərək uşaqları bayram münasibətilə təbrik etdilər, onlara sağlamlıq və gözəl gələcək arzuladılar.
Sonra “Dəcəl balam” Ailə və uşaq inkişaf mərkəzinin uşaqlarının ifasında flaşmob təqdim olundu. Tədbir müğənnilərin çıxışı və viktorina ilə davam etdirildi. Tədbir zamanı uşaqlar üçün maraqlı oyunlar, klounlar, face art (rəngarəng akvaqrim və müvəqqəti tatu şəkilləri) təşkil olundu.