Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonunda “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzusunda konfrans keçirildi

03 iyun 2016 | 11:00

İyunun 3-də YAP Binəqədi rayon təşkilatının inzibati binasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyəti, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatı, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşkilati dəstəyi ilə “Bizim Nəsil” Gənclərin regional İnkişaf Assosiasiyası tərəfindən “Dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə yolları” mövzsunda konfrans keçirildi.
Tədbirdə Azərbaycanda tolerantlıq mühiti, radikal dini cərəyanların, ekstremizmin təbliğatında gəncləri özünə cəlb edən cəhətlər və buna qarşı profilaktik tədbirlər-radikal dini qrupların təbliğatına qarşı dini icmalarla, dövlət orqanları və vətəndaş cəmiyyətinin səylərinin birləşdirilməsi, radikallığa qarşı mübarizədə düzgün maarifləndirmə işinin təşkili məsələləri müzakirə olundu.
“Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasının sədri Nurəddin Mehdiyevin aparıcısı olduğu konfransda AMEA Fəlsəfə İnstitutunun Multikulturalizm şöbəsinin müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru  Elsevər Səmədov geniş məruzə ilə çıxış etdi.
Məruzədən sonra tədbirdə iştirak edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdiri Anar Kazımov çıxış edərək dini radikalizm və onun fəsadları barədə məsələlərə toxundu və vətəndaş¬la¬rı¬mızı dini ekstre¬mist qrupların və onların silahlı dəstələri¬nin tərkibinə qoşmaq cəhdlərini qətiyyətlə pisləyərək, bu cür əməllər törətməyə cəhd edənlərə qarşı dövlət qurumları tərəfindən aparılan mübarizə tədbirləri haqqında məlumat verdi.
Daha sonra çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsar İsmayılov isə öz nitqində bəzi qüvvələrin din pərdəsi altında ölkəmizin ictimai-siyasi sabitliyinə, dövlətimizin hüquqi-demokratik əsaslarına qarşı yönəldilmiş pozuculuq fəaliyyətlərindən bəhs edərək, dövlətimizin bu kimi neqativ halların qarşısını almağa qadir olduğunu bildirdi. Eyni zamanda natiq dini radikallığa və ekstremizmə qarşı effektiv mübarizə istiqamətində görülən işlərdən danışdı.
Daha sonra məruzə ətrafında rayon din xadimləri, ziyalıları və fəal gəncləri tərəfindən müzakirələr davam etdirildi.
Konfransın sonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən hazırlanan “Fitnə” filminin nümayişi oldu.

Keçidlər