Şriftin ölçüsü :

Saytın rəngi :

Sakinlərin Müraciət Xidmətinə 2016-cı ilin may ayında daxil olan müraciətlərin statistikası

06 iyun 2016 | 11:00

2016-cı ilin may ayında Binəqədi Rayon İcra Hakimiyyətinin Sakinlərin Müraciət Xidmətində cavablandırılan zənglərin sayı 2222, onlardan birbaşa cavablandırılan zənglərin sayı 1693,  yaradılan əks əlaqələrin sayı 641, günlük orta zəng sayı 60, tərtib edilən şikayət vərəqələrinin sayı 529 olub.
Şikayət xarakterli müraciətin 529-nun  icrası təmin edilib, o cümlədən  440-ı və ya 83,2 %-i tam həll olunub,  42-i və ya 7,9 %-i qismən həll edilib,  47-si və ya 8,9 %-i müvafiq izahat verilərək həll edilib.
May ayı üzrə daxil olmuş şikayətlərin sahələr üzrə bölgüsünə gəldikdə isə müraciətlərin   273-ü və ya 51,6 %-i su-kanalizasiya, 134-ü və ya  25,3 %-i qaz təchizatı,  46-ı və ya 8,7 %-i lift problemləri,  27-i və ya 5,1 %-i sakinləri narahat edən digər məsələlər,  19-u  və ya 3,6 %-i elektrik təchizatı ilə bağlı, 13-ü və ya 2,5 %-i zibil və tullantılar ilə əlaqədar, 12-si və  ya 2,2 %-i yaşıllaşdırma idarəsi, 6-sı və ya 1,1 %-i küçələrin işıqlandırılması idarəsi ilə əlaqədar olub.
Xidmətə ay ərzində 13 təşəkkür müraciəti daxil olub.

Keçidlər