Şriftin ölçüsü :

Saytın rəngi :

Binəqədi rayonu 138 saylı körpələr evi - uşaq bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında tədbir keçirildi

07 iyun 2016 | 11:00

7 iyun tarixində Binəqədi rayonu, 138 saylı körpələr evi-uşaq bağçasında “Əlvida bağça, salam məktəb” devizi altında tədbir keçirildi.
Tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova, Binəqədi Rayon İcra Hakimiyyətində təcrübədə olan ASAN könüllüsü Faiq Alılı, 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova və bağçanın kollektivi iştirak etdilər.
Tədbiri açıq elan edən 138 saylı körpələr evi-uşaq bağçasının müdiri Seyranə Qasımova qonaqları salamlayaraq, uşaqların hər birinə uğurlar dilədi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Kərimova uşaqları təbrik edərək onlara gələcək məktəb həyatlarında uğurlar dilədi.  Natiq çıxışında qeyd etdi ki, cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlı¬ca sosial məsuliyyətlərindəndir. Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil,  bütün el-obanın ən qiymətli,  ən dəyərli  sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyimiz olan  uşaqları qorumaq isə hamımızın borcudur.
Daha sonra 138 saylı körpələr evi-uşaq bağçasının balaca fidanları “Əlvida bağça, salam məktəb” adlı nağıl ilə maraqlı kompazisiyalar, rəqslər, şeirlər, fokus nümunələri nümayiş etdirdilər.
Tədbirin sonunda balaca fidanlara fotolarından ibarət albom, hədiyyələr təqdim edildi və  tort kəsildi.

Keçidlər